“Apple” şirkətinin qurucusu Stiv Cobsun 70-80-ci illərdə geyindiyi sandalı xərraca çıxarılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Birkenstock” markasına məxsus olan və 60 min dollara alıcı tapacağı gözlənilən ayaqqabıları adı açıqlanmayan şəxs 218 min 750 dollara alıb.
Sözügedən sandalı Cobsun evindəki zibil qutusundan aşpaz Mark Şeffin tapmışdı.
Qeyd edək ki, Stiv Cobs 2011-ci ildə “Apple” şirkətindən ayrıldıqdan altı həftə sonra 56 yaşında mədəaltı vəzi xərçəngindən vəfat edib.