Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti ilə Azərbaycandan olan bir qrup jurnalist Sivasda səfərdədir.
Kaspi.az xəbər verir ki, səfər çərçivəsində jurnalistlər Sivasda Konqres mərkəzində olublar.
Qeyd edilib ki, Atatürk 4 sentyabr 1919-cu ildə buraya gəlmiş və buradan Türkiyənin azadlığı uğrunda mübarizə başlamışdır.
Həmçinin Kale kompleksində olarkən jurnalistlərə bildirilib ki, bu kompleks Səlcuqlu dövründə 1217-ci ildə tikilib.
Kompleksə 2 mədrəsə, karvasaray, hamam və şəfa yeri daxildir.
Şəfa yerində sonradan Səlcuqlu sultanı İzəddin Keykavus dəfn edilib və türbəsi tikilib. Qeyd edək ki, ərazidə 1580-ci ildə Sultan III Murad dövründə məscid tikilib.
Bəxtiyar Məmmədli