Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov Polşada raketlərin düşdüyü əraziyə təcili giriş tələb edib.
Dünən axşam saatlarında Polşa ərazisinə düşən raketlər dünyanı həyəcan vəziyyətinə saldıqdan sonra Ukrayna raketlərin düşdüyü əraziyə təcili giriş tələb edib.
Medianews.az xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov sosial media hesabından verdiyi açıqlamada “Polşada raketin düşməsi ilə bağlı birgə araşdırmanı dəstəkləyirik” deyib və bildirib ki, Ukrayna Rusiyanın iddialarına “dəlil” verməyə hazırdır və raketlərə cavabdehdir.
Partnyorlarımızdan bunun Ukraynanın hava hücumundan müdafiə raketi olduğu qənaətinə dair məlumat gözlədiklərini izah edən Danilov Ukraynanın Dövlət Sərhəd Xidməti və Ukrayna Müdafiə Nazirliyinin qruplarından dərhal partlayış yerinə daxil olmağı tələb etdiyini bildirib.
Qərb ölkələri sözügedən raketlərin dünən Rusiyanın Ukraynaya hava hücumlarına cavab verən Ukrayna hava hücumundan müdafiə sistemlərinə aid olduğunu və təsadüfən Polşa ərazisinə düşdüyünü bildirib.
Qeyd edək ki, Polşanın cənub-şərqindəki Prjevodov kəndinə düşən raketlər nəticəsində iki nəfər həlak olub.
Yusif Ziya
Medianews