1986-cı il dünya çempionatında İngiltərə ilə matçda Dieqo Maradonanın vurduğu məşhur top hərracda rekord qiymətə satılıb.
Medianews.az xəbər verir ki, dünya çempionatı tarixinin ən yaddaqalan hadisələrindən biri olan “Tanrının əli” adlanan qapıdakı top İngiltərədə keçirilən hərracda rekord qiymətə satılıb.
1986-cı ildə dünya çempionatının 1/4 finalında Argentina və İngiltərə arasında keçirilən matçda Dieqo Maradona mübahisəli şəkildə topu əli ilə yumruqlamışdı.
Matçdan sonra Maradonanın qolu “Tanrının əli” şərhi ilə tarixə düşdü.
Qarşılaşmanı idarə edən tunisli hakim Əli Bin Nasser “Mövqeyi dəqiq görə bilmədim. Şilton və Maradona arxalarını çevirmişdi” dedi.
Tarixi matçdan top çərşənbə günü Londonda Graham Budd Auctions hərracında 2 milyon funta (2,37 milyon dollar) satılıb.
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatının 1/4 finalında İngiltərə ilə tarixdə “Tanrının əli” qolunu vurduğu matçda geyindiyi forma hərracda 7,1 milyon lirəyə satılıb.
Yusif Ziya
Medianews