Həyat yoldaşı Başak Dizer ilə Etilerdə türk mətbuatının obyektivlərinə tuş gələn Kıvanç Tatlıtuğ ikinci dəfə koronavirusdan xilas olduqlarını açıqlayıb.
Medianews.az xəbər verir ki, mətbuat mənsubları ilə söhbət edən aktyor ailəlikcə koronavirusa yoluxduqlarını bildirib:
“Şükür ki, sağalmışıq. Hazırda hər kəs yaxşıdır”.
Tatlıtuğa Beren Saatla Amerikada çəkdirdiyi çəkilişlərindən də bəhs edib:
“Amerikada baş tutan çəkilişlərimiz artıq bitdi. Əla film idi. Çox gözəl film alındı. Baxmayaraq ki, bəzi mənfi cəhətləri var idi. Xaricdə işləmək, ümumiyyətlə maraqlıdır. Təəssüf ki, filmin çəkildiyi gecədə iştirak edə bilmədim. Çünki koronavirusa yoluxduq”.
Medianews.az