Türkiyənin tanınmış sənətçisi Haluk Levent sosial media hesabındakı son paylaşımı ilə diqqət çəkib. Sosial mediada saxta hesabların silinməsi ilə ötən günlərdə 80 minə yaxın izləyicisini itirən məşhur müğənni səhifəsində bu vəziyyəti zarafatla paylaşıb.
Haluk Levent son bir neçə gündə saxta hesablarının silinməsi ilə bir anda 80 minə yaxın izləyicisini itirdiyini yazıb.
Medianews.az xəbər verir ki, bu vəziyyəti yumoristik şəkildə qınayan məşhur müğənni sosial şəbəkədə etirazını bildirib:
“Birdən birə 80 min! Hara getdiniz? Mən sizə nə etdim?”.