“Avropada vəziyyət bəllidir. Baxmayaraq ki, konsorsiumda həm də Fransanın şirkəti təmsil olunur. Onlar heç də düşünmür ki, öz şirkətlərinə qarşı da bu addımı atırlar. Burada bir neçə sənədə istinad edilir. Həmin sənədlər 1949-cu il 4 aprel BMT sənədi, 1945-cil il 26 iyun Fransanın konstituasiyası, 1969-cu il 4 yanvarda qəbul olunmuş beynəlxalq konvensiyadır. Lakin onlar unudur ki, bunların hər birini pozan özləridir”.
Bu sözləri Medianews.az-a açıqlamasında Millət vəkili Arzu Nağıyev bildirib. Qeyd edib ki, onlar qondarma qurumun ərazisində humanitar ofis açmaq istəyirlər, bu da qeyri-mümkündür: “Çünki Azərbaycan ərazisində nəyinsə açılması, inkişaf etdirilməsi qeyri-mümkündür. Onlar Ermənistan və ermənistanlıların təhlükəsizliyini qorumaq istəyir. Bunların hamısı boş bəyanatlardır. Azərbaycan Respublikasının Prezidenti dəfələrdə öz çıxışlarında bildirib ki, bunlar bizim ərazilərimizdir. Orada yaşayanlar bizim əhalimizdir. Təbii ki, onlar Azərbaycan Konstitusiyasını pozmayıbsa, cinayət əməlləri yoxdursa, birmənalı şəkildə biz onların təhlükəsizliyinə hər cür cavabdehik və qoruyacağıq.
Bundan başqa, qondarma “Dağlıq Qarabağ Respublikası” nın dövlət kimi qəbul edilib tanınması da absurd bir məsələdir. Çünki əgər belədirsə, Ermənistan niyə özü bu addımı atmır? Bunların heç biri inandırıcı görünmür. Sadəcə, siyasi gedişlərdir…
Bakıya qarşı hansısa sanksiyaların qəbul olunması bizi qorxutmur. Çünki 2020-ci ilin noyabr ayında da Fransa senatı belə bir addım atmışdı ki, “Dağlıq Qarabağ Respublikası”nı tanısınlar. Bəs onda buna niyə ermənilər sevinir? Paşinyan və onun komandası məsələnin Avropaya çatmağına görə sevinirlər. Çünki 2020-ci ilin noyabr ayında da Fransa senatı belə bir addım atmışdı ki, “Dağlıq Qarabağ Respublikası”nı tanısınlar.
Onlar Ermənistan vətəndaşlarından, Qarabağda ölən əsgərlərin analarından qorxurlar. Buna görə də guya Qarabağ məsələsi bitməyib. Bunların hamısı öz hakimiyyətlərinin qorunması üçün atılan addımlardır.
Bununla da bağlı qanunverici orqan olaraq Milli Məclisdə də müvafiq bəyanat qəbul olunub. Birmənalı şəkildə həmin bəyanatda Fransanın törətdiyi bütün qanuna zidd məsələlər də öz əksini tapıb”.
Medianews.az