Türkiyənin Qarabağda, Liviya və Ukraynada böyük uğur nümayiş etdirən SİHA və PUA-ları bütün dünyanın dilindən düşmür. Nəhayət, fransızlar da “Bayraktar TB2″ni tərifləməyə başlayıblar.
Medianews.az xəbər verir ki, məşhur radio və televiziya şəbəkəsi “France info” tərəfindən təqdim edilən xəbərdə “Bu dronlar Türkiyəni dünyanın bir çox yerində əvəzolunmaz təchizatçı edir” deyə bildirilib.
Xəbərdə Türkiyə dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinlə müqayisə edilib.
Avropadan Afrikaya, Qafqazdan Yaxın Şərqə qədər uçduğu hər cəbhədə adı dünya dilləri əzbəri olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) bu dəfə Fransada diqqətlə araşdırılıb.
“Türkiyə və Çin pilotsuz təyyarələr sayəsində öz təsirlərini necə nümayiş etdirirlər?” başlıqlı xəbərdə “Türkiyədəki Bayraktar pilotsuz uçuş aparatları artıq Ukrayna ordusuna və Sahel başda olmaqla bir çox ölkəyə sevinc bəxş edib” deyə qeyd edilir.
Türk SİHA-larının ölkə üçün əhəmiyyətli bir gəliri təmsil etdiyi bildirilən xəbərdə “Bu pilotsuz təyyarələr Türkiyəni dünyanın bir çox bölgəsində əvəzolunmaz təchizatçı edir” ifadəsi işlədilib.
“Bayraktar TB2″-nin SİHA-lar arasında “ulduz” olduğu vurğulanan xəbərdə Türkiyə SİHA-larının Rusiyanın işğalı altında olan Ukraynadakı oyunu dəyişdirdiyi bildirilib: “Onlar Ukraynada müharibənin ilk günlərində, məsələn, Rusiya zirehli qoşunlarına və ya düşmən helikopterlərinə qarşı özünü sübut etdi. Qərbin kütləvi silah tədarükündən çox əvvəl bu türk döyüş təyyarələri – TB2 Kreml ordusuna hava hücumu qüvvələrinə baxmayaraq müqavimət göstərməyə imkan verdi. Bu dronlar tez bir zamanda viral oldu və Ukrayna hərbçiləri hətta onlara mahnı da həsr etdikləri fəzilətlərinin təntənəsində bir ulduz oldular”.
Yusif Ziya
Medianews