Noyabrın 13-ü bazar günü səhər saatlarında ABŞ-ın Aydaho ştatında dörd kollec tələbəsinin cəsədi evlərində tapılıb.
Medianews.az xəbər verir ki, polis sözügedən cinayəti ən dəhşətli qətllərdən biri kimi dəyərləndirib.
20 yaşlı Etan Çapin, 21 yaşlı Madison Mogen, 20 yaşlı Xana Kernodle və 21 yaşlı Kayli Qonkalvesin evlərində ölü halda tapılıblar.
Müstəntiqlər bütün ipuçlarını təqib edərək hadisə ilə bağlı araşdırmalarını davam etdirdiyi bildiriblər. Sözügedən faciəli hadisə ilə bağlı məlumatın çox az olduğu da açıqlanıb. Polis əməkdaşları cinayət yerinin dəhşətli vəziyyətinə diqqət çəkərək, qətllərin bıçaqlı hücum nəticəsində baş verdiyini proqnozlaşdırıblar. Hadisə yerində araçdırma aparan polislər divarların qan içərisində olduğunu da bildiriblər.
Bu həftə başa çatdırılması gözlənilən ekspertizada qurbanların necə öldürüldüyünə dair daha çox məlumat verəcəyi qeyd olunub.
Medianews.az