“Qarabağ münaqişəsi konteksində dünya ölkələri tərəfindən Azərbaycan əleyhinə qəbul edilmiş bütün qətnamələr qərəzli hesab olunmalıdır və pislənməlidir”
Medinews.az xəbər verir ki, bu sözləri Sosial Strateji Araşdırmalar Ictimai Birliyinin prezidenti İlqar Hüseynli öz Facebook hesabında deyd edib:
“Ölkəmizin bütün ictimai-siyasi institutları bu yöndə həmrəy olmalıdır.Nəzərə almalıyıq ki,hələ bizim erməni işğalında kifayət qədər torpaqlarımız qalır və 44 günlük vətən müharibəsi zamanı azad etdiyimiz ərazilərimiz vəhşicəsinə dağıdılıb.
Bu baxımdan Fransa Senatının Azərbaycan əlehinə qəbul etdiyi qətnaməni pisləyir və aşağıdakı təklifləri verirəm.
1. Milli Məclis Senatın qətnaməsinə qarşı arqumentləşdirilmiş qətnamə qəbul etsin.
2.Bundan sonrakı addımlarda Azərbaycan-Ermənistan münaqişəsinin nizamlama prosesində Rusiya ilə yanaşı,Fransanın iştirakına yol verilməsin.
3.Ölkənin diplomatik fəaliyyətində ciddi dönüş yaradılsın,beynəlxalq institutlarla əlaqələr genişləndirilsin.
4.Fransanın Əlcəzairdə törətdiyi qətliam beynəlxalq müzakirə gündəminə çıxarılması üçün BMT strukturları ilə iş aparılsın”.