Esra Dermancioğlu: “Tükənmişlik sindromu yaşayıram”
Son zamanlar sosial şəbəkədəki paylaşımları və açıqlamaları ilə gündəmdə olan Türkiyənin tanınmış aktrisası Esra Dermancıoğlu tükənmişlik sindromu yaşadığını etiraf edib. Məşhur aktrisa psixiatrlardan kömək istədiyini bildirib.
Medianews.az xəbər verir ki, türk mediasına danışan aktrisa Esra Dermancıoğlu bəzən depressiyaya düşdüyünü, zaman -zaman da əyləncəli insan olduğunu söyləyib.
“Fatmagülün suçu ne?” serialdan sonra hər mövsüm çalışdığını bildirən Dermancıoğlu ssenari yazdığını da bildirib:
“Oynadığım rolları çox sevirəm. Amma daha çox bakirə qadın rolunu oynamaq istərdim.
Bir ssenari yazmışdım, amma fikrimi oğurladılar. Bu, çox böyük cinayətdir. Bunun adı oğurluqdur. Evinizə girib hər hansı əşyanızı oğurlayan insan necə cəza alırsa, ssenari oğruları da cəza almalıdır”.
Medianews.az