Ermənistanda hərbi hissələrin birində hərbçi əsgər yoldaşını güllələyib.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Ölən hərbçinin 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan olduğu bildirilir.
Hadisənin detalları açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.