FİFA-nın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında əldə edəcəyi gəlir bəlli olduğu halda, ölkə federasiyalarına paylanacaq pullar heyrət doğurub.
Medianews.az xəbər verir ki, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında FİFA-nın ölkə federasiyalarına ayıracağı pulun məbləği də açıqlanıb.
Futbolun patronu FİFA dünya çempionatında təşkilatdan 4 milyard 666 milyon dollar gəlir əldə etməyi planlaşdırır.
Televiziya yayımı hüquqları bu gəlirlərin böyük hissəsini təşkil edir. FİFA-nın televiziya yayım hüququndan əldə etdiyi gəlirin 2 milyard 460 milyon dollar olduğu öyrənilib. Bu, ümumi gəlirin yarıdan çoxuna uyğundur.
Marketinqdən gələcək pul 1 milyard 363 milyon dollardır. FİFA-nın təşkilata yatıracağı məbləğ təxminən 843 milyon dollardır.
FİFA 2022-ci il dünya çempionatında iştirak edəcək 32 komandaya 1 milyon 500 min dollar ödəyəcək. Paylanacaq ümumi mükafat bununla da 440 milyon dollara çatacaq.
2022-ci il dünya çempionatının qalibi olacaq komandanın pul mükafatı heyrətləndiricidir. Kuboku öz muzeyinə aparacaq ölkə 42 milyon dollar pul mükafatı alacaq.
Finalda uduzan və ikinci yeri tutan ölkə seyfinə 30 milyon dollar qoyacaq. Təşkilatda üçüncü yeri tutan komanda 27 milyon dollar, turnirdə dördüncü yeri tutan komanda isə 25 milyon dollar mükafat alacaq.
Digər tərəfdən, FİFA prezidenti İnfantino nəhəng turniri 5 milyarddan çox insanın izləyəcəyini ifadə edərək, dünya çempionatı rekordunun qırılacağını bildirib. İtalyan futbolçu 64 matç üçün 23 milyon bilet tələbi aldıqlarını da bildirib.
Yusif Ziya
Medianews