Nigeriyadan gələn son xəbərlər dünyanı sarsıdıb.
Medianews.az xəbər verir ki, Ölkənin şimal-şərqində, Borno əyalətinin Qvoza şəhəri yaxınlığındakı kənddə törədilən vəhşiliyin təfərrüatları ortaya çıxıb.
Belə ki, Boko Haram Nigeriyadakı bir kənddə onlarla qadını edam edib. Təşkilatın əlindən qaçmağı bacaran qadın başına gələnləri danışıb. Sözügedən kənddə bir gecədə uşaq ölümlərində qadınları günahlandıran Boko Haram ən azı 40 qadını qaçırıb. Qaçırılan qadınları ‘cadugər’ olmaqda günahlandıran Boko Haram komandiri Ali Guyile qadınların öldürülməsi əmrini verib.
“Daily Mail”də çıxan xəbərə görə, qaçırılan qadınlardan 26-sı boğazı kəsilərək edam edilib.
Medianews.az