Birləşmiş Millətlər Təşkilatının (BMT) Ukraynadakı İnsan Haqları Monitorinq Missiyasının rəhbəri Matilda Boqner Rusiya-Ukrayna müharibəsində əsir düşən hər iki tərəfin əsgərlərinin işgəncələrə məruz qaldığını bildirib.
Medianews.az xəbər verir ki, Boqner BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında bildirib ki, BMT-nin Ukraynadakı İnsan Haqları İzləmə Missiyası son bir neçə ayda Rusiya tərəfindən müharibədə əsir götürülmüş 159 ukraynalı (139 kişi və 20 qadın) ilə görüşüb. O qeyd edib ki, Ukraynanın Olenivka və Donetsk vilayətlərində və Rusiya Federasiyasında əsir saxlanılan, sonradan azadlığa buraxılan 20 ukraynalı qadın əsir fiziki zorakılığa məruz qalmayıb. Ukrayna BMT rəsmilərinə ölkədə saxlanılan rus hərbi əsirlərlə gizli görüşməyə icazə verib, lakin Rusiya onların ukraynalı məhbuslarla görüşməsinə icazə verməyib.
“Ukraynalı məhbusların bəziləri əsir götürüldükdən dərhal sonra döyülüb və ya şəxsi əşyaları talan edilib” deyən Boqner bildirib ki, məhbuslar ümumiyyətlə sıxlıqlı avtobuslara və ya traktorlara mindirilir, bəzən bir gündən çox su və tualetə çıxışı olmur.
“Məhkumların böyük əksəriyyəti işgəncəyə məruz qaldıqlarını bildirib. Müsahibə etdiyimiz hərbi əsirlərin böyük əksəriyyəti bizə işgəncə və pis rəftara məruz qaldıqlarını söylədi”, – deyə Boqner vurğulayıb.
Ukraynanın Dnepr bölgəsində hərbi əsir kimi saxlanılan ruslara qarşı pis rəftarları da sənədləşdirdiklərini qeyd edən Boqner, rus hərbi əsirlərin burada “xoş gəldin döyülmələri” adı altında pis rəftar edildiyini bildirib.
Rus hərbi əsirlərin uzun müddət polis bölməsinin zirzəmiləri, hərbi qərargahlar kimi qeyri-rəsmi həbs yerlərində saxlandığına dair iddialara çatdıqlarını ifadə edən Boqner bəzi hallarda hərbi əsirlərin bıçaqlanma, elektrik cərəyanı vurma kimi rəftarlara məruz qaldığını qeyd etdi.
Boqner, həmçinin qeyd edib ki, onlar Ukrayna Silahlı Qüvvələrinin üzvləri tərəfindən “döyüşməyənlərin” məhkəməsiz öldürülməsi və bir neçə işgəncə və pis rəftar halları ilə bağlı etibarlı iddialar alıblar. Digər tərəfdən, Boqner 2022-ci ilin aprel ayında Olenivka yaxınlığında məhbusların saxlandığı yerdə 8 məhbusun öldürüldüyü iddiasını aldıqlarını da əlavə edib.
Yusif Ziya
Medianews