Bərdədə məktəbdə yanğın olub.
FHN-ə istinadən xəbər veririk ki, Bərdə rayonunun Əyricə kəndində ümumi sahəsi 532 m² olan (hər mərtəbəsi 266 m²) ikimərtəbəli kənd tam orta məktəb binasının dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.