Ötən ay Bakının Yeni Yasamal ərazisində yerləşən Əsəd Əhmədov küçəsindən keçən yolda içməli su borusu partlamışdı.
Medianews.az xəbər verir ki, hazırda həmin ərazidə təmir işləri davam etdirilir. Belə ki, magistral su kəmərinin nasazlıq yaranan hissəsində 23:07 saatlarında iş prosesinin getdiyini görüb, Azərsu ASC-nin işçilərinə yaxınlşaraq prosesinin gedişatı ilə tanış olduq.
Azərsu ASC-nin əməkdaşlarının verdiyi məlumata görə iş prosesi yeni su xəttinin çəkilişi ilə bağlıdır. Daha ətraflı məlumat isə sabah səhər saatlarında Azersu ASC-nin əməkdaşları tərəfindən veriləcək.
Ayşən Azadova
Medianews.az