Rusiyanın işğalını yaxından izləyən Hərbi Tədqiqatlar İnstitutu qeyd edir ki, Xersonu ukraynalılara “uduzan” Vladimir Putin Rusiyada getdikcə daha çox tənqid olunmağa başlayıb.
Medianews.az xəbər verir ki, institute ortaya çıxan mənzərəni “görünməmiş bir tənqid dalğası” olaraq xarakterizə edərək tərəfdarları ilə Putin arasındakı ideoloji parçalanmanın artıq gizlətmək mümkün olmadığını qeyd edib.
İnstitutut yazır ki, “Xersondan geri çəkilmə millətçilərin Putinə olan inamını sarsıtdı” və rus dünyasının ideoloqu Aleksandr Duqinin qəzəblənərək dəli olub. Putinlə birbaşa cəbhə açan Duqinin Rusiyanın baş ideloqu hesab olunur.
Rusiya lideri indi Ukraynanı tam işğal etmək xəyalları olan radikal tərəfdarlarını sakitləşdirməkdə çətinlik çəkir.
Başqa bir tərəfdən media füquru, təbliğatçı Vladimir Solovyov Ukraynaya qarşı ümumi müharibə aparılması ilə bağlı çağırışlar edir. Solovyov Xersonun “itirilməsində” rol oynayan hər kəsin işdən çıxarılmasını tələb edir.
O cümlədən Kreml tərəfdarı olan hərbi bloqerlərin də səhifələrində “Kreml Xersonu satdı” kimi fikirlər yer alıb. Bu da Rusiyada fikirlərin haçalandığını göstərir. Halbuki Rusiyadakı bütün məşhur hərbi bloqqerlər dünən qədər rəsmi Moskvanı dəstəkləyirdilər.
Zəfər