Rusiya prezidenti Vladimir Putin Taksim İstiqlal küçəsində törədilən bombalı hücumla bağlı prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Kremldən yayımlanan teleqramda aşağıdakı ifadələr yer alıb:
“Cənab Prezident,
İstanbuldakı terror aktının faciəvi nəticələrinə görə dərin hüznlə başsağlığımızı qəbul edin.
Zəhmət olmasa, həlak olanların ailələrinə səmimi başsağlığımı və dəstək sözlərimi, həmçinin yaralananların tezliklə sağalmasını arzuladığımı çatdırasınız.
Biz terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə türkiyəli tərəfdaşlarımızla sıx əməkdaşlığa hazır olduğumuzu bir daha təsdiqləyirik.
Hörmətlə,
Vladimir Putin”