“Fransa prezidenti Makron İstanbuldakı terror aktı ilə əlaqədar türk dilində açıqlama yayıb. Türk dilini bilmirəm, amma başsağlığı verdiyini güman edirəm. Məncə bu, Qərbin yumşaq gücüdür”.
Medianews.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentində “Ayastan” fraksiyasının deputatı Andranik Tevanyan yazıb.
“44 günlük müharibə günlərində fransızlar erməni dilində də payıaşımlar etdilər. Nəticəsi nə oldu? Heç nə.
Düzdür Fransa bizim dostumuzdur, lakin təhlükəsizlik məsələlərində onun heç bir təsiri və imkanı yoxdur. Beləliklə, Makronun erməni dilində “tvit” atmasını istəməzdim”.
Zəfər