İstanbulun İstiqlal küçəsində baş verən terror hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.
Medianews.az xəbər verir ki, Əhlam Albaşir dindirilərkən terror təşkilatının Kobanidəki qərargahından İstanbulda hərəkətə keçmək üçün təlimat aldığını etiraf edib.
Suriyalı terrorçu ilə bağlı 40 dəqiqəlik yeni görüntülər də diqqət çəkib.
Belə ki, o, İstiqlal küçəsinə gələrkən əlində bomba olmayıb. Partlayıcını həmin ərazidə olan bir kişidən alıb. Qadın partlayıcını oturduğu yerə qoyduqdan sonra oradan sürətlə uzaqlaşıb. Yayılan görüntülərində qadının partlayışdan 40 dəqiqə əvvəl tez-tez kiminləsə telefonla danışması yer alıb.
Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. Partlayışı törədən Ahlam Albashir gecə saatlarında həyata keçirilən əməliyyat zamanı saxlanılıb.