İstanbulda İstiqlal küçəsində 6 nəfərin həyatını itirdiyi xain hücumu həyata keçirən qadın terrorçu yaxalanıb. İstintaq çərçivəsində nəzarətə alınan 45 nəfərlə birlikdə dindirilməsi davam edən Suriya əsilli Əhlam Əlbəşirin təxminən 4 ay əvvəl İstanbula gəldiyi müəyyən edilib. Onu müşayiət edən terrorçu ilə ər-arvad rolunu oynayan şübhəli kamuflyaj üçün tekstil sexində işləyirmiş.
Medianews.az xəbər verir ki, İstanbulun İstiqlal küçəsində törədilən partlayışda 6 nəfər həyatını itirib, 2-si ağır olmaqla 81 nəfər yaralanıb.
Hücumdan sonra 1200 kamera görüntüsünü izləyən polis, təcavüzkarı tez bir zamanda müəyyən edərək hərəkətə keçib.
Şəxsiyyəti müəyyən edilən şübhəli qadının taksi ilə Əsənlərə getdiyi müəyyən edilib. Fiziki və texniki araşdırmada şübhəli şəxslə təmasda olduğu təsbit edilən 21 ünvanda əməliyyat keçirilib. Əməliyyat zamanı 46 şübhəli yaxalanaraq saxlanılıb.
Dindirmələr zamanı bombanı yerləşdirən şübhəlinin Küçükçekmece rayonundakı bir ünvana getdiyi müəyyən edilib. Saat 02.50-də qeyd olunan ünvanda əməliyyat keçirilib. Əməliyyatda hadisəni törədən Suriya əsilli Əhlam Əlbəşir saxlanılıb.
O, terrorçu sorğusunda PKK/PYD/YPG terror təşkilatı tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və Afrin üzərində hərəkətə keçmək üçün qeyri-qanuni yollarla Türkiyəyə daxil olduğunu etiraf edib.
Burada digər PKK terrorçuları tərəfindən qarşılanan hücumçu Esenlerdə Suriya vətəndaşının evində qalıb. Kamuflyaj etmək üçün ər-arvad kimi fəaliyyət göstərən terrorçular tekstil sexində fəhlə kimi çalışıblar.
Terror törətmək məqsədi ilə Türkiyəyə gələn terrorçular yaxalanmamaq üçün hücum əmri verildiyi Kobanidəki terrorçularla rəqəmsal vasitələrlə əlaqə saxlamayıb.
Bildirilib ki, terrorçuların Kobani ilə əlaqəsi Esenlerdə birlikdə qaldıqları şəxs tərəfindən təmin edilib.
Qeyd edək ki, Əhlam Əlbəşiri müşayiət edən terrorçunun tutulması istiqamətində işlər davam edir.
Hücumla bağlı açıqlama verən daxili işlər naziri Süleyman Soylu şübhəlilərin tutulmaması halında Yunanıstana qaçacaqlarını bildirib. Soylunun şərhinə görə, şübhəlilər orada edam edilməli idi. Beləliklə, Türkiyənin terror təşkilatının şəbəkəsini ifşa etməsinin qarşısı alınacaqdı.
Yusif Ziya
Medianews