Fevralın 24-də başlayan Ukrayna-Rusiya müharibəsində son günlərdə kritik inkişaflar yaşanır. Ukraynada müharibə tam sürətlə davam edərkən Çindən dünya gündəminə bomba kimi düşən açıqlama gəldi.
Ukrayna ordusunun cəbhə xətti boyunca irəliləməsi Rusiyanı çətin vəziyyətdə qoydu. Rusiyanın Xersondan çıxarılması ilə Ukrayna ordusu əsas şəhərə daxil oldu.
Doqquz aydır davam edən qarşıdurmada Rusiyanın ən böyük uğursuzluğu kimi gündəmə gələn geri çəkilmənin əks-sədaları davam edərkən, Çindən ani bir hərəkət gəldi.
Medianews.az xəbər verir ki, Kambocanın Pnompen şəhərində keçirilən zirvədən dünya gündəminə çıxan xəbərə əsasən, yüksək çinli məmur Pekinin Ukrayna ilə bağlı siyasəti haqqında kifayət qədər geniş danışıb.
Xəbərə görə, sözügedən şəxs Rusiyanın Ukraynadakı ehtiyatsız davranışından “narahat olduğunu” və “utandığını” bildirib.
Bəyanatları imzalayan mənbə bu sözlərin kim tərəfindən səsləndirildiyini açıqlamayıb.
Bəyanat Pekinin Moskvaya müharibədə verdiyi dəstəyi geri çəkəcəyinə dair ilk işarə kimi şərh edilir.
Yusif Ziya
Medianews