Kambocanın Pnompendə keçirilən sammitindən dünya gündəminə düşən xəbər yayılıb.
Medianews.az Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Çinin yüksək ranqlı rəsmisi Pekinin Ukraynaya qarşı siyasəti haqqında kifayət qədər ətraflı danışıb. Sözügedən şəxs Rusiyanın Ukraynadakı davranışına görə “narahatlıq” və “utanc” hiss etdiyini söyləyib.
Britaniya qəzeti bu fikirlərin kim tərəfindən səsləndirildiyini açıqlamayıb.
Ancaq Çinin baş naziri Li Keqiang sözügedən zirvədə iştirak etdiyi üçün ilk ağıla gələn şəxs o olub.
Qeyd edək ki, bu açıqlama Pekinin müharibədə Moskvanı dəstəkləməkdən imtina etməsinin ilk əlaməti olaraq şərh olunur.
Zəfər