Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyada keçirilən G20 zirvəsində iştirak etmək üçün yola çıxmazdan öncə hava limanında mətbuat üçün açıqlama verib.
Musavat.com-un xəbərinə görə, Ərdoğan İstanbulda törədilən terror hadisəsini qınayıb və deyib ki, heç kim Türkiyəni terror ilə təslim ala bilməyəcək:
“Bu hadisələrin arxasında duranlar, onu törədənlər öz cəzasına çatdırılacaq”.
Türkiyə prezidenti həmçinin hadisədə 6 nəfərin həlak olması haqda məlumat verib. Bildirib ki, dördü hadisə yerində, ikisi isə xəstəxanada olmaqla 6 itki var, 53 nəfər yaralanıb.