Türkiyədə tualet pulunu ödəmək istəməyən rusiyalı boksçunun döydüyü şəxs xəstəxanaya yerləşdirilib.
Medianews.az xəbər verir ki, həkimlərin bütün müdaxilələrinə baxmayaraq 60 yaşlı Mehmet Özcanı xilas etmək mümkün olmayıb.
Xərçəng xəstəsi də olduğu da öyrənilən Özcanın vəziyyəti pisləşincə beyin qanaması şübhəsi ilə Kəpəz Dövlət Xəstəxanasına, daha sonra xüsusi xəstəxananın reanimasiya şöbəsinə aparılıb. Burada edilən bütün müdaxilələrə baxmayaraq Mehmet Özcan həyatını itirib.
Hadisədən sonra saxlanılan rusiyalı boksçu həbs edilərək həbsxanaya göndərilib.
Medianews.az