Rusiya qüvvələrinin Ukraynanın liman şəhəri Nikolayiv şəhərində yaşayış binasına raket hücumu nəticəsində 7 mülki vətəndaş həyatını itirib.
Medianews.az xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlərə görə, Rusiya qüvvələri səhər saatlarında Nikolayev şəhərinin mərkəzində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Hücum nəticəsində mənzil dağıntılara çevrilib.
Ukrayna Prezident Aparatının rəhbərinin müavini Kirilo Timoşenko Telegram-da verdiyi açıqlamada Rusiya qüvvələrinin Nikolayiv şəhərində 5 mərtəbəli binaya raket hücumu təşkil etdiyini bildirib.
Timoşenko hücum nəticəsində 7 nəfərin öldüyünü açıqlayıb.
Soyadını açıqlamaq istəməyən və hücumdan sağ çıxan 54 yaşlı Lyudmila Anadolu Agentliyinə (AA) hücum zamanı evdə olmadıqlarını, buna görə də özlərini çox şanslı hiss etdiklərini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabından verdiyi açıqlamada Ukraynanın azadlığı uğrunda mübarizəni davam etdirdiklərini deyib.
Ukrayna ordusunun sahədəki uğurlarına cavab olaraq rusların mülki şəxslərə hücum etdiyini bildirən Zelenski deyib: “Beş mərtəbəli yaşayış binasına hücum edildi. Bina 5-ci mərtəbədən 1-ci mərtəbəyə qədər dağıldı. Təəssüf ki, ölən və yaralananlar var. ”
Yusif Ziya
Medianews