ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) yüksək vəzifəli zabiti Rocer Pardo-Maurer Rusiya prezidenti Vladimir Putinin istifadə etməyi düşündüyü məxfi silahın adını açıqlayıb.
Medianews.az xəbər verir ki, Pardo-Maurer Putinin təhdidlərinin arxasında “elektromaqnit vibrasiya hücumu”nun və ya EMP olduğunu bildirib.
“Rusiya bu silahdan istifadə edərsə, həm hərbi, həm də mülki infrastruktur sistemləri ciddi şəkildə zədələnə bilər”, -deyə Rocer Pardo-Maurer bildirib.
Rocer Pardo-Maurer daha sonra bildiriB ki, bu sistemlərlə Ukraynaya bir hücum olarsa, Kiyevin bütün informasiya müharibəsi sistemləri zədələnə bilər.
Medianews.az