Dünya həkimləri süni intellekt texnologiyası “Midjourney”in köməyi ilə əsas ehtiyacların belə qarşılana bilmədiyi ölkələrdə, xüsusilə, Afrikada göstərdikləri xidmətlərin əhəmiyyətini nümayiş etdirib. Sözləri vizuala çevirən süni intellekt texnologiyası ilə hər aya məna qatan dərnək, uzaq coğrafiyalardakı insanların ümid dolu gözləyişini, həkimlərlə gələn baharı və sevgini təsvir edən görüntülərlə şüur yaradıb.
Hər il olduğu kimi yeni ildə də işlərinə fasiləsiz davam edəcəklərini ifadə edən Dünya Həkimlər Şurasının sədri Uzm. Dr. Yahyahan Güney “Dünyada baş verən aclıq, quraqlıq, yoxsulluq və qarşıdurmalar hər gün humanitar yardıma ehtiyacı olan insanların sayını artırır. Bəziləri aclıqla mübarizə apararkən, bəziləri sağlamlıq problemlərinə çarə axtararkən, bəziləri təmiz suya çatmaq arzusu ilə yaşayır. Dünya Həkimləri olaraq, ən əsas hüquq olan səhiyyə xidmətinə çıxışın qeyri-kafi olduğu bu coğrafiyalarda keyfiyyətli səhiyyə xidmətləri təqdim etmək üçün çalışırıq. Yeni ilə rifah və sağlamlıq yolunda qədəm qoyarkən, insanlara təqdim etdiyimiz xidmətlərin mənasını təqvimimizdə süni intellekt texnologiyası ilə vizuallaşdırdıq. İndiyə qədər əldə etdiyimiz bilik və təcrübə ilə yeni ildə ehtiyacı olanlara çatmağa və dünyaya ümid yaymağa davam edəcəyik”- deyib.
Yusif Ziya
Medianews