Medianews.az xəbər verir ki, ifaçı Narmeen (Nərmin Behbudova) “Tənhalıq” adlı mahnısına çəkilən yeni klipini təqdim edib. Klipin rejissoru müğənninin bundan öncə də dəfələrlə əməkdaşlıq etdiyi ukraynalı rejissor Aleksey Krupinadır.
Musiqi müğənninin özünə, sözləri isə Tofiq Yadigara məxsusdur. Narmeen-in yeni mahnısı və klip sevdiyi insandan ani ayrılması haqqındadır. Qeyd edək ki, bir neçə gün davam edən klip çəkilişi zamanı müğənnini avtomobil vurub.
Xatırladaq ki, Narmeen «SƏS AZƏRBAYCAN» televiziya layihəsinin iştirakçısıdır. Həmçinin 2015-ci ildə «Eurovision» seçmə mərhələsinin finalçısı olub. Bundan öncə «Не Твоя», «Sirr», «Son Qərar» və s. kimi mahnılarına çəkilən kliplər izləyicilər tərəfindən sevilib. İfaçının mahnıları sosial şəbəkələrdə məşhurluq qazanıb. Bundan əlavə olaraq Narmeen-in musiqi və sözlərin müəllifi olduğu iki məşhur Azərbaycanlı müğənni Elnarə Xəlilova və Samirə Əli-Məryəm ilə birgə lahiyələri həyata keçirilib.