İstanbul Atatürk Mədəniyyət Mərkəzində (AKM) Atatürkün vəfatının 84-cü ildönümü münasibətilə konsert keçirilib.
Medianews.az xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu AKM-Türk Telekom Opera Salonunda keçirilən konsertdə həyat yoldaşı Dilek İmamoğlu ilə diqqət çəkib.
İmamoğlu cütlüyü Atatürkün sevilən mahnılarından biri olan “Fikrimin İnce Gülü” səslənən zaman rəqs etməyə başlayıb. Sözügedən anların görüntüləri sosial mediada yayılıb. Həmin görüntülər milyonlarla izləyici tərəfindən bəyənilib.
Bundan əlavə Əkrəm İmamoğlu İstanbul Dövlət Opera və Balet Orkestri və xoru ilə birlikdə “Uzun ince bir yoldayım” mahnısını da ifa edib.
Medianews.az