ABŞ prezidenti Co Bayden 2021-ci ildə vəzifəyə gəldikdən sonra ilk dəfə Misirə səfər edib.
Medianews.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP27) Tərəflərinin 27-ci Konfransının keçirildiyi Şarm əl-Şeyxə gələn ABŞ prezidenti Baydeni Misir Prezidenti Əbdülfəttah əs-Sisi qarşılayıb.
Yerli media vəzifəyə gəldikdən sonra ilk dəfə Misirə səfər edən Baydenin Şarm əl-Şeyxə gəldiyini və COP27-nin keçirildiyi mərkəzə doğru hərəkət etdiyini göstərən görüntülər nümayiş etdirib.
Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, Bayden COP27-nin keçirildiyi Misirin Şarm əl-Şeyx şəhərinə yola düşəcək və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə də görüşəcək, ikitərəfli və regional məsələləri müzakirə edəcək.
Yusif Ziya
Medianews