“ABŞ Rusiyanın bu bölgədəki təsirini azaltmaq və Baltikyanı ölkələrdə olduğu kimi vəziyyət yaratmaq üçün Cənubi Qafqazdakı münaqişələrin həllində maraqlıdır”.
Medianews.az xəbər verir ki, bunu xarici əlaqələr üzrə erməni ekspert Suren Sarkisyan deyib
Onun sözlərinə görə, 1991-ci ildən bəri ABŞ-ın bölgədəki maraqları bir məqsəd ətrafında cəmləşib-Rusiyanın bölgədəki təsirini tarazlaşdırmaq, maksimum plan isə Rusiyanın bölgədən tam çıxarılması: “Qarabağ məsələsi təkcə bizi və Azərbaycanı deyil, ABŞ-ı və Rusiyanı da narahat edir. Amerika tərəfinin fikri belədir ki, nə qədər Qarabağ münaqişəsi var, Ermənistan-Türkiyə münasibətləri həll olunmayıb. Ona görə də bölgədə sülh yoxdur və Rusiyanın təsiri güclü olacaq. ABŞ isə bölgəmizdə Baltikyanı ölkələrdə olduğu kimi 3 dövlətin öz aralarında münaqişəsi olmadığı və ümumi qərbyönümlü xarici siyasəti olan bir vəziyyəti görmək istəyir”.
Ekspertin sözlərinə görə, bu məqsədlə ABŞ 90-cı illərdən regionda münaqişələri həll etməyə çalışır. Hər dəfə Ermənistan-Türkiyə və ya Qarabağ münaqişəsinin həlli mümkün olanda ABŞ fəallaşır və bu cür fəallıq suallar doğururdu: “Əvvəlcə məqsəd bu idi: regional münaqişələrin həlli nəticəsində Rusiyanı bölgədən çıxarmaq. Əgər Ermənistan-Türkiyə münasibətləri nizamlanarsa, Ermənistan-Türkiyə sərhədində Rusiya hərbiçilərinə nə ehtiyac var? Qarabağ münaqişəsi həll olunarsa, sülhməramlılar orada niyə olmalıdırlar?”
Sarkisyan deyib ki, ABŞ-ın üçün münaqişənin necə həll ediləcəyi maraqlı deyil: “Bütövlükdə münaqişənin həlli onlar üçün vacibdir ki, bölgə Rusiyanın təsir zonasından çıxmağa başlasın. Lakin onlar həmişə başa düşürdülər ki, münaqişə zəif tərəfin hesabına həll olunacaq”.
Zəfər