Medianews.az xarici mediaya istinadən bildirir ki, Kosta-Rikanın Limon şəhərindəki, Matina çayında oynayan uşaq timsahın hücüma məruz qalıb.
Oğlanın meyidinin axtarışları davam edir. 8 yaşlı Julio Otero Fernández Kosta-Rikanın Limon şəhərində Matina çayını ziyarət edərkən sürünən tərəfindən suya sürüklənib. Diz səviyyəsindən bir qədər aşağı suda tullanan uşaq timsahın hədəfi olaraq ailəsinin gözü qarşısında çayın dərinliyinə sürüklənib. Uşağın meyiti hələ də tapılmayıb. Valideynləri çayın kənarında olmasına baxmayaraq, uşağı xilas edə bilməyiblər. Valideynləri Don Julio Otero və Margini Fernández Flores indi 3-16 yaş arası digər dörd uşağını qorumaq üçün Nikaraquaya köçməyi planlaşdırırlar. Səlahiyyətlilər hələ də balaca Julionun cəsədini axtarırlar, lakin onlar son günlər güclü yağış səbəbindən mübarizə apardıqlarını deyirlər.
Ayşən Azadova
Medianews.az