Qarabağdakı keçmiş separatçı rejimin “müdafiə naziri” Mikayel Arzumanyana qarşı qaldırılan cinayət işi çərçivəsində separatçı “rəhbər” Araik Arutyunyan dindirilib.
Medianews.az erməni mətbuatına istinadən xəbər verir ki, cinayət işi ilə bağlı separatçı rejimin “yüksək hərbi rütbəli”ləri İrəvana gəliblər. Onlar Arzumanyanın azadlığa buraxılması üçün Ermənistanın güc strukturlarının rəhbərləri ilə görüşüblər.
Qeyd edək ki, keçmiş “müdafiə naziri” Mikael Arzumanyan sentyabrın 1-də həbs edilib. O, Şuşanın və ətraf rayonların “müdafiəsini təşkil edərkən” xidməti səhlənkarlığa yol verməkdə ittiham olunur.
Zəfər