Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev səhhətinin yaxşı olduğunu bildirib.
Qapıçı bu barədə özünün instaqram hesabında paylaşım edib. O, narahat olan hər kəsə təşəkkürünü bildirərək bu sözləri yazıb:
“Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər, Tovuz”.
Qeyd edək ki, 28 yaşlı qolkiper “Turan Tovuz”la oyunda boynundan xəsarət alıb.