“Əvvəllər də demişəm, indi də bildirirəm ki, 3 ildən sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək”.
Medianews.az xəbər verir ki, bu fikirləri keçmiş hərbiçi Samvel Babayan deyib.
“Qarabağı nəyin bahasına olursa, olsun saxlayacaqları və s. kimi iddialara baxmayaraq, bunların reallıqdan uzaq olduğuna inanıram. Bu gün Rusiyanın Türkiyə və Azərbaycanla maraqları üst-üstə düşür. Tləb edilən güzəştlər bizim hesabımıza olacaq. Ona görə də biz öz fikrimizi dəyişməliyik və bu problemləri başqa cür həll etməliyik”.
Babayanın sözlərinə görə, Rusiya bu problemin qaldığını və onu həll etmək lazım olduğunu, Azərbaycan isə Qarabağ probleminin iki il bundan əvvəl həll olunduğunu bildirib. O hesab edir ki, Rusiyanın Qarabağ məsələsinə üstünlük verməsi bəzi iqtisadi maraqları ilə bağlıdır.
“Sülhməramlıların geri çəkilməsinin Rusiyanın Qafqazdan getməsi kimi anlaşılmamalıdır. Biz hesab edirik ki, onlar Qafqazı tərk edirlər. Ancaq onlar Ermənistanı özlərininki hesab edirlər və Qafqazı tərk etmədiklərini düşünürlər”, – deyə o qeyd edib.
Zəfər