Məşhur türkiyəli aparıcı Esra Erolun verilişində yaşlı kişi özündən 27 yaş kiçik olan həyat yoldaşının onun pullarını ələ keçirdikdən sonra küçəyə atdığını deyib.
Medianews.az xəbər verir ki, 72 yaşlı Abdi Bilen canlı yayımda həyat yoldaşının ondan əvvəl 3 nəfərlə evləndiyini də eşidəndə pərişan olub.
Aparıcı canlı yayımda göz yaşlarına boğulan yaşlı kişini sakitləşdirə bilməyib.
Nəfəs adlı qadın haqqında səsləndirilən iddialardan sonra canlı yayıma telefonla bağlanıb. O haqqında deyilən iddiaların əsassız olduğunu bildirib. Yaşlı kişini çölə atmadığı və onun pullarını ələ keçirmədiyini deyib.
Medianews.az