İranda hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra öldürülən Məhsa Əmin üçün başladılan etirazlara dəstək verdiyinə görə saxlanılan 27 yaşlı repçi Saman Yasin edam cəzasına məhkum edilib.
Medianews.az xəbər verir ki prosesdə verilən cəzanı öyrənən repçi göz yaşlarına hakim ola bilməyib.
Etirazlara dəstək verən 27 yaşlı kürd əsilli reper Saman Yasin aksiya iştirakçılarına dəstək üçün İran rejimini tənqid edən mahnı yazıb.
Qeyd edək ki, etirazlara dəstək verən Saman Yasin oktyabrın 2-də mahnısını oxuduqdan sonra saxlanılıb, oktyabrın 29-da gətirildiyi məhkəmə tərəfindən ölüm hökmü çıxarılıb. Bildirib ki, iclasda reperin ailəsi və vəkili iştirak etməyib.
Bəzi rejim əleyhdarı səhifələr də məsələni danışmamaq üçün ailənin və vəkilin rejim tərəfindən təhdid edildiyini iddia edib. Samanın nə vaxt edam ediləcəyi ilə bağlı açıqlama verilməyib.
Medianews.az