Türkiyədə dəhşətli hadisə yaşanıb.
Medianews.az xəbər verir ki, 6 yaşlı qız oynadığı bıçağı gözünə saplayıb.
Sözügedən hadisə Türkiyənin Siirt vilayətində baş verib. Ana S.İ. bağda işləyərkən onun 6 yaşlı qızı E.İ. oynadığı bıçağı ehtiyatsızlıqdan gözünə saplayıb.
Qısa müddət ərzində hadisə yerinə gələn təcili yardım ilk müdaxilənin ardından kiçik qızı Təhsil və Araşdırma Xəstəxanasına aparıb. Vəziyyəti ağır olan 6 yaşlı qız orada edilən müdaxilədən sonra Diyarbakır Dəclə Universiteti Xəstəxanasına aparılıb. Kiçik qızın vəziyyətinin kritik olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az