Son zamanlar toy mərasimlərində edilən maraqlı və sərt zarafatlara yenisi əlavə olunub. Sosial şəbəkələrdə yayılan bu görüntülər ciddi qalmaqala səbəb olub.
Medianews.az xəbər verir ki, xaricdə toy zamanı lentə alınan görüntülərdə bəy tortu götürdükdən sonra gəlinin üzünə çırpıb.
Hadisə zamanı qadın müvazinətini itirərək yerə yıxılıb. Sözügedən hadisə böyüdükdən sonra açıqlama verən gəlin ərinin onunla zarafat etdiyini və bunun da əyləncəli olduğunu bildirib. Lakin sosial şəbəkə istifadəçiləri gəlinlə eyni fikri bölüşməyiblər.
Medianews.az