Polşa prezidenti Anjey Duda Milli Təhlükəsizlik Bürosunun rəhbəri Jacek Siewiera bildirib ki, Rusiyanın Kalininqrad sərhədində tikilən səd Moskvaya açıq mesajdır.
Medianews.az xəbər verir ki, Polşa radiosunun xəbərinə görə, Siewiera ölkənin yüksək səviyyəli rəsmiləri ilə görüşərək görüşdən sonra mətbuata açıqlamalar verib.
O bildirib ki, danışıqlarda Rusiya-Ukrayna müharibəsinin Polşaya təsir edən nəticələri və immiqrasiya problemləri müzakirə olunub.
Polşa-Belarus sərhədində qeyri-qanuni miqrasiyanın artmasına işarə edən Siewiera, “Kalininqrada yeni uçuş marşrutlarının qurulduğuna dair narahatedici əlamətlər var” deyib.
Polşanın Kalininqrad sərhəddində hasar və elektron maneə qurduğunu xatırladan Siewiera “Bununla Rusiya Federasiyasına Polşanın hibrid hücumda mühacirlərin girov kimi istifadə edilməsi ilə bağlı risklərdən xəbərdar olduğuna dair açıq bir mesaj verilir” deyə qeyd edib.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi başlayandan bəri təxminən 7 milyon 600 min ukraynalı qaçqın Polşaya daxil olub. Onların çoxu ya ölkələrinə qayıdıb, ya da Qərbi Avropa ölkələrinə sığınıb.
Bildirilir ki, hazırda Polşa ərazisində 1,3 milyon ukraynalı yaşayır.
Yusif Ziya
Medianews