Sağlam dəriyə sahib olmaq üçün mütəmadi olaraq dəriyə qulluq etmək lazımdır. Ancaq dərinizin qüsursuz, parlaq və hamar olmasını istəyirsinizsə, yediyinizə və içdiyinizə də diqqət etməlisiniz. Şəkərli və ya qazlı içkilər dəri sağlamlığını pozur. Bunun əvəzinə sağlam içkilər istehlak etmək tövsiyə olunur. Sağlam içkilər bədəninizi təmizləyir. Bu xüsusiyyəti sayəsində dərinizi də təmizləyir.
Medianews.az insanlar üçün “gözəllik iksiri” ola bilən içkiləri təqdim edir:
1 – BAL VƏ LİMONLU SU
Gözəlliyinə düşkün olan hər bir qadın günə bal və limonlu su içməklə başlayır. Hər səhər ilıq içilən bal və limon suyu həzmi asanlaşdırır və bağırsaqları işlədir. Bədəndə yığılan ödem və toksinlər kimi zərərli maddələri xaric edir. Dərinizi təbii şəkildə nəmləndirməyə kömək edir. Beləliklə, daha parlaq və canlı dəriyə sahib olursunuz.
1 stəkan ilıq suya 1 çay qaşığı bal əlavə edib qarışdırın. Sonra hər səhər müntəzəm olaraq için.
2- Kök və Çuğundur ŞİRƏSİ
Bu qırmızı içki xəyallarınızın parlaq dərisi üçün sizə lazım olan hər şeydir. Bu şirənin hər iki komponenti oksidləşdirici stressin qarşısını alan çoxlu antioksidant ehtiva edir.
Beləliklə, yaşlanma əlamətlərinin, qırışların və incə xəttlərin qarşısını alır. Bu şirənin tərkibindəki lif bağırsaq hərəkətlərinizi tənzimləməyə kömək edir və bədəni təmizləyir.
1 çuğundur və yerkökü yaxşıca soyun. Sonra şirəçəkən ilə sıxın. Qarışıqdan həzz alın.
3- XİYAR DETOKS SU
Xiyar sərinləşdirici və nəmləndirici tərəvəzlər üçün bir tanrıdır. Bol su ehtiva edən xiyar kofeik turşusu və askorbin turşusu ilə yanaşı bir çox vitamin və minerallarla da zəngindir.
Bu detoks suyunu yudumlamaq qıcıqlanmış dərinizi sakitləşdirəcək, qızartıları azaldacaq və ləkələri də müalicə edəcək. Dəridə onun qədər nəm saxlayan heç bir şey yoxdur. Xiyar detoks suyuna bir az nanə əlavə etmək dərinizin təravətli olmasına kömək edə bilər.
Əvvəlcə 1 xiyar və 1 limonu yaxşıca yuyun, sonra bir neçə hissəyə kəsin və 1 litr suya qoyun. Sonra təzə nanənin 7-8 yarpağını yuyub suya əlavə edin. Suyun dəmlənməsinə icazə verin. Gün ərzində istehlak edin.
4- ALMA ŞİRƏSİ
Dərinizin parlaq görünməsini istəyirsinizsə, hər gün 1 stəkan alma suyu için. Tərkibində A vitamini, C vitamini, B kompleksi və kalium olan alma suyu gözəllik üçün əla mənbədir.
Alma tərkibindəki yüksək miqdarda antioksidant sayəsində dərini cavanlaşdırır və ona sağlam bir parıltı verir. Alma yemək, eyni zamanda, qeyri-bərabər dəri tonunu düzəltməyə kömək edə biləcək yaxşı miqdarda lif təmin edəcəkdir.
Şirəsini çıxarmaq üçün alma dilimlərini şirəçəkənə qoyun. İstəsəniz darçın əlavə edin. Daha sonra istehlak edin.
5 – YAŞIL ÇAY
Katexinlərlə zəngin və antioksidantlarla zəngin bir stəkan yaşıl çayı yudumlamaq yaşlanma əlamətlərini və oksidləşdirici stressi dəf etməyə kömək edə bilər.
Sızanaqlara meylli dərini sakitləşdirir və təkrar əmələ gəlməsinin qarşısını alır. Yaşıl çay da günəşdən zədələnmiş dərini bərpa edir və tünd ləkələri aradan qaldırır.
Qazanda suyu qaynadın. İçinə yaşıl çay yarpaqlarını qoyun və söndürün, dəmlənməsinə icazə verin. 5-6 dəqiqə dəmləndikdən sonra istehlak edə bilərsiniz.
Yusif Ziya
Medianews