Norveç şahzadəsi Marta Luiza krallıq vəzifələrindən istefa verdiyini açıqlayıb. Kral Sarayının açıqlamasına görə, Şahzadə şaman nişanlısı ilə alternativ tibb üzərində çalışacaq.
Norveç kralı V Harald və kraliça Sonjanın yeganə qızı şahzadə Marta Luiza krallıq vəzifələrindən istefa verdiyini açıqlayıb. Norveç tacının verdiyi açıqlamada şahzadə Martanın şaman olan nişanlısı Durek Verrettlə alternativ tibb üzərində çalışacağı bildirilib.
Durek Verretin özünü ‘nəsil şamanı’ olaraq təyin edən 51 yaşlı şahzadə ilə münasibəti xüsusilə yazdığı kitabda ‘xərçəngin seçimdir’ iddiasından sonra gündəmə gəlib. Veb saytında satışa ‘Soul Optimator’ adlı bir sikkə qoyan Verrett, sözügedən sikkənin ona corona virusunu məğlub etməsinə kömək etdiyini də iddia edir.
Sentyabr ayında keçirilən sorğu, Norveç xalqının 17 faizinin şahzadənin şaman nişanlısı ilə münasibətini əsas gətirərək kral ailəsinə daha mənfi münasibət bəslədiyini ortaya qoyub. Mələklərlə danışa bildiyini iddia edən Şahzadə Marta 2002-ci ildə görücü kimi işə başladığını elan etdikdən sonra “Əlahəzrət” titulunu itirib. 2019-cu ildə boşanan üç uşaq anası olan şahzadə ticarət işlərində “şahzadə” titulundan istifadə etməməyə razılıq verib.
Kral Sarayından verilən açıqlamada, “Şahzadənin krallıq vəzifələrindən imtina etdiyi və bundan sonra kral evini təmsil etməyəcəyi” ifadə edilərkən, kralın göstərişi ilə şahzadə titulu daşımağa davam edəcəyi ifadə edilir.
Cütlük həmçinin kral ailəsi ilə münasibətlərini sosial media platformalarında və kommersiya fəaliyyətlərində heç bir şəkildə əks etdirməməyə razılaşıblar.