Türkiyənin Bursansa şəhərində bir binada baş verən yanğında 3-10 yaş arası 8 uşaq və bir ana həyatını itirib.
Medianews.az xəbər verir ki, ata evin yandığını görəndə söndürməyə çalışsa da, buna nail ola bilməyib.
Ailə başçısı ilə bərabər daha 3 nəfər də tüstüdən zərər çəkib və xəstəxanaya çatdırılıb.
Araşdırma nəticəsində məlum olub ki, yanğın qatı tüstü ilə müşahidə edilib və ölənlər tüstüdən zəhərləniblər. Hadisə vaxtı ailə başçısı evdə olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.
Medianews.az