Çin prezidenti Si Cinpin ölkənin artan qeyri-sabitlik və təhlükəsizlik baxımından qeyri-müəyyənliklərlə üzləşdiyini bildirərək “ordu döyüş qabiliyyətini artırmalı və müharibəyə hazır olmalıdır” deyib.
Medianews.az xəbər verir ki, Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Si Çin Xalq Azadlıq Ordusunun (ÇXR) komanda qərargahı olan Mərkəzi Hərbi Komissiyanın (MAK) birgə əməliyyat mərkəzini ziyarət edib.
Çin ordusunun yeni dövrdə çətin və ağır bir vəzifə ilə üz-üzə qaldığını vurğulayan Si “Bütün silahlı qüvvələr müharibə və qalib gəlmək qabiliyyətinə nail olmaq üçün tək və ən əsas meyar kimi döyüş qabiliyyətinə diqqət yetirməli və bütün işlərini orduya hazırlıq məqsədi ilə həyata keçirməlidir”.
Dünyanın yüz ildə sürətli bir dəyişikliyə məruz qaldığını qeyd edən Si “Çin ordusu milli suverenliyi, təhlükəsizlik və inkişaf maraqlarını qətiyyətlə qorumalı, partiya və xalqın ifadə etdiyi vəzifələri yerinə yetirməlidir” deyib.
Si “bütün yerli müharibələrdə qələbə” məqsədini dilə gətirib və ordunun təlim və döyüş hazırlığının artırılması, qalib gəlmə qabiliyyətinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.
Yusif Ziya
Medianews