Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.
Bu barədə nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib.
“Qəhrəman Azərbaycanımızın 8 Noyabr – Zəfər Günü mübarək olsun.
2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan azad edən və bütün dünyaya Azərbaycanın gücünü nümayiş etdirən qardaşlarımızla kədərli və sevincli günlərdə birlikdə olmağa davam edəcəyik”, – deyə paylaşımda qeyd edilib.