Rus əsgərinin Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) səngərdə gizlənərkən atdığı bombaları tutaraq zərərsizləşdirdiyi videoları ortaya çıxıb. Adı açıqlanmayan əsgərin soyuqqanlılığı gündəm olub.
Həm Rusiya, həm də Ukrayna qüvvələrinin istifadə etdiyi PUA-lar Ukraynadakı müharibənin mərkəzindədir.
Rus əsgərinin üzərinə atılan bombaları əli ilə tutub yenidən atan görüntüləri gündəmə gəlib.
Ukrayna Silahlı Qüvvələrinin xəbər təşkilatlarına təqdim etdiyi görüntünün silahlı İHA-dan götürüldüyü görünür. Lakin videonun harada çəkildiyi dəqiq yer təsdiqlənməyib.
PUA-nın rus əsgərinin üzərinə 3 dəfə bomba atdığı, lakin hər dəfə əsgərin soyuqqanlı şəkildə qaçmağı bacardığı görülüb.