Son vaxtlar Ukraynada ağır itkilər verən Rusiya ordusunda müharibə əleyhinə çıxanlar barədə xəbərlər artmaqdadır.
Medianews.az xəbər verir ki, səfərbərlik çərçivəsində zorla müharibəyə aparılan, lakin ukraynalılara qarşı döyüşmək istəməyən bir çox əsgər gizli həbsxanalara qapadılıb.
“Putinin gizli həbsxanası” adlanan mağaraya bənzər bir yerə salınan rusiyalı hərbçilər edam edilməklə hədələnir.
Hərbçilərin yaxınlarının verdiyi məlumata görə, Ukraynanın şərqində şiddətli qarşıdurmaların davam etdiyi Donetskdə həbsdə olan 21 rus əsgəri ukraynalılara qarşı döyüşmək istəmədikləri üçün gizli həbsxanaya salınıblar. Onlar döyüşməkdənsə ağır şərtlər altında həbsxanada qalmaq istədiklərini bildiriblər. İddiaya görə, rus komandirləri də sülh tərəfdarı olan bu əsgərləri güllələyərək öldürməklə hədələyib.