Son zamanlar Türkiyədə də populyasiyası artan şar balığı yenidən gündəmdədir.
Medianews.az xəbər verir ki, məsum görünən bu balığın iti dişləri ilə insan barmağını saniyələr ərzində qopardığını eşidənlər qısa müddət ərzində çaşıb qalırlar.
Elmi adı “Lagocephalus sceleratus” olan şar balığı “Tetraodontidae” fəsiləsinə aid bir balıq növüdür. Sudan çıxanda qurbağa kimi şişdiyi üçün ona qurbağa balığı da deyirlər.
Zəhərli olduğu üçün heç bir ticarət dəyəri olmayan və tetrodotoksin istehsal edə bilən bu balıq əzələ iflicinə və nəfəs darlığına səbəb ola bilər. Eyni zamanda qan dövranı çatışmazlığı səbəbindən ölümlə nəticələnə biləcək zəhərlənmələrə də səbəb ola bilər.
Medianews.az